Bank Of Baku

Quba-Qusar yolunda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1

Quba-Qusar yolunda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1
# 05 fevral 2024 13:34 (UTC +04:00)

Quba-Qusar yolunda, Quba rayonunun Xucbala kəndi ərazisində baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri ölüb.

APA-nın Şimal bürosu xəbər verir ki, xəsarət alan 5 nəfərdən biri, 70 yaşlı Əliyev Nazif Nəriman oğlu Qusar Mərkəzi rayon xəstəxanasında dünyasını dəyişib.

Digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

***

10.48

Quba-Qusar yolunda, Quba rayonunun Xucbala kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “VAZ 2109” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Xəsarət alanlar - 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

09.16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunda (Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR