Qubada 2 nəfər saxlanılıb, silah və narkotik aşkarlanıb

Qubada 2 nəfər saxlanılıb, silah və narkotik aşkarlanıb
# 21 fevral 2024 09:36 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıb.

Həmin şəxslərin üzərlərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə 1 kiloqramdan artıq (1165 qram) narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 6 ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR