Bank Of Baku

Rusiyada 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı saxlanılıb

Rusiyada 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı saxlanılıb
# 28 dekabr 2023 11:59 (UTC +04:00)

Rusiyanın Ryazan şəhərində 44 yaşlı azərbaycanlı 17 il əvvəl törədilən qətldə şübhəli bilinərək saxlanılıb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, qətl hadisəsi 2006-cı il yanvarın 2-də axşam saatlarında Vıborq şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verib. Həmyerlimizin mübahisə zamanı 30 yaşlı opponentini ürək nahiyəsindən bıçaqladığı bildirilir. Ölən şəxsin cəsədi “VAZ-2107” markalı avtomobilin salonunda aşkar edilib.

Polis şübhəli şəxsi polis şöbəsinə aparıb və iki sutka prosessual həbs edib. Məlum olub ki, 44 yaşlı azərbaycanlı 2 il əvvəl Rusiya vətəndaşlığını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR