Saatlıda avtomobil azyaşlını vuraraq öldürüb

Saatlıda avtomobil azyaşlını vuraraq öldürüb
# 01 mart 2024 17:30 (UTC +04:00)

Bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Məlumata görə, azyaşlı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR