Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.
"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılıb", - məlumatda deyilir.
***
14:19
Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
14.14
Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
APA xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Nəsib Quliyev uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı olub. Həmçinin ATU-nun I uşaq xəstəlikləri kafefrasının professor-məsləhətçisi vəzifəsində çalışıb.