Bank Of Baku

Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib

Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
# 30 dekabr 2023 19:39 (UTC +04:00)

Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Sabirabad rayon Qaralar kəndində 12 yaşlı qıza nişan mərasimi keçirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR