Sabirabadda yol qəzasında sürücü yaralanıb

Sabirabadda yol qəzasında sürücü yaralanıb
# 27 fevral 2024 08:33 (UTC +04:00)

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərinin H.Əliyev prospektində baş verib.

Sabirabad rayonunun Qəzli kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlli Hüseyn Yusif oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobili mağazaya çırpıb. Nəticədə sürücü ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR