Şabranda 3 yaşlı uşaq çayda batıb.
APA-nın şimal bürosunun xəbərinə görə, bədbəxt hadisə Şabran rayonunun Çayqaraqaşlı kəndində baş verib. 3 yaşlı Xədicə İsmət qızı Abdulova Vəlvələçayda bataraq ölüb. Azyaşlının yaşadığı ev çayın kənarında yerləşir.
Faktla bağlı araşdırma aparılır.
Cəfər Talıb