Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO

Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO
# 05 mart 2024 15:15 (UTC +04:00)

Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub.
Avtomobildə olan digər 3 nəfər - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR