Bank Of Baku

Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb

Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
# 20 fevral 2024 12:54 (UTC +04:00)

Sabunçu rayonunda axtarışda olan silahlı şəxs tutulub.

APA DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR