Şağanda evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanılıb

Şağanda evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanılıb
# 13 fevral 2024 10:02 (UTC +04:00)

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR