Bank Of Baku

Salyanda qanunsuz ov edən şəxs saxlanılıb

Salyanda qanunsuz ov edən şəxs saxlanılıb
# 09 yanvar 2024 08:21 (UTC +04:00)

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR