Bank Of Baku

Şamaxı-İsmayıllı yoluna əlavə polis heyəti cəlb olunub - FOTO

Şamaxı-İsmayıllı yoluna əlavə polis heyəti cəlb olunub - FOTO
# 13 yanvar 2024 21:07 (UTC +04:00)

Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir. Hərəkət dayandırılmayıb.

Tədbirlər davam edir.

***

20.40

Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR