Bank Of Baku

Samux sakini bıçaqlanıb, dayısı tutulub - YENİLƏNİB

Samux sakini bıçaqlanıb, dayısı tutulub - YENİLƏNİB
# 07 aprel 2026 10:12 (UTC +04:00)

Samuxda bacısı oğlunu bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.

***

6 aprel, 18.31

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR