Samuxda qanunsuz balıq ovlayan şəxs tutulub

Samuxda qanunsuz balıq ovlayan şəxs tutulub
# 03 mart 2024 15:38 (UTC +04:00)

Qanunsuz balıq ovlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının birgə tədbirlər nəticəsində Mingəçevir Su Anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayon Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul T. Atakişiyev saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sentetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR