Samuxda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü Nurlan Rəhimli yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.