Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.
Rayonun Aşağı Göynük kənd sakini 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətyanı sahəsində ağac kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Balacayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.