Bank Of Baku

Şəkidə yol qəzasında 5 nəfər xəsarət alıb

Şəkidə yol qəzasında 5 nəfər xəsarət alıb
# 06 fevral 2024 19:59 (UTC +04:00)

Şəkidə yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axaşam saatlarında Şəki-Qax avtomobil yolunda, Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Onlardan biri - 1949-cu il təvəllüdli Çingiz Kamal oğlu Səmədovun müalicəsi xəstəxanada davam etdirilir. Digərlərinin xəsarətləri yüngül olduğundan onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR