Şəkidə yük maşını 88 yaşlı kişini vuraraq öldürüb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Xəbərə görə, dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyevin idarə etdiyi “JAC” markalı yük avtomobili piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.
Araşdırma aparılır.
Qəzanın Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus, məişət tullantıları daşıyan maşınla törədildiyi bildirilir.