Şəmkirdə yanğın nəticəsində ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 m² olan müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 m² sahədə əriyib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən bildirilib.
***
18.02
Şəmkirdə bazarda baş verən yanğın söndürülüb.
FHN-dən APA-ya verilən xəbərə görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
17:48
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən bazar ərazisində qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.