Bank Of Baku

Şəmkirdə evdə partlayış olub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO

Şəmkirdə evdə partlayış olub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - FOTO
# 16 yanvar 2024 10:58 (UTC +04:00)

Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində evin yanar konstruskiyaları 145 m² sahədə, dam örtüyünün taxta atmaları 40 m² sahədə və bitişik sahəsi 40 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 270 m² olan talvarın lambirdən ibarət tavanı 170 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08.06

Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğının təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bitişik evlərdəki yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb.

Partlayış zamanı 1946-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yanğınsöndürənlər alovu söndürüb. Fakt araşdırılır.

***

05.33

Şəmkirdə eyni ərazidə iki ev yanır.

APA-nın yerli bürosunun məlumatına görə, hər 2 hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə iki ayrı şəxsə məxsus evlərdə anidən yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğınların söndürülməsi istiqamətində iş gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR