Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
08:41
Şəmkirdə ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai"markalı yük maşını digər "Zil"markalı su maşınına arxadan çırpılıb.
FHN-in DYMX-nin Şəmkir Rayon DYMH-in xilasediciləri tərəfindən bir nəfər sürücü sıxılmış nəqliyyat vasitəsindən xilas edilib.
O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Bir nəfərin hadisə yerində öldüyü bildirilir.
Məlumata görə, ölən şəxs Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov, xəsarət alan şəxsin isə 1985-ci il təvəllüdlü Anar Sərdarovdur.