Bank Of Baku

Şəmkirdə silahla vətəndaşa xəsarət yetirən qardaşlar həmin gün saxlanılıb

Şəmkirdə silahla vətəndaşa xəsarət yetirən qardaşlar həmin gün saxlanılıb
# 04 fevral 2024 20:37 (UTC +04:00)

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR