Şirvanda neft quyusunda qaz püskürməsi davam edir.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində, 715 saylı neft quyusunda baş verən yanğına keçməyən qaz püskürməsi davam edir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları hadisə yerində cəlb edilib.
Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi işləri davam edir.
Yüksək təzyiq səbəbindən Hazırda püskürmənin qarşısını almaq mümkün deyil.
***
9 yanvar, 22.18
Şirvanda neft quyusundan qaz püskürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələr cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.