Bank Of Baku

Şirvanda piyadanı vuran sürücünün kimliyi məlum olub - YENİLƏNİB

Şirvanda piyadanı vuran sürücünün kimliyi məlum olub - YENİLƏNİB
# 03 yanvar 2024 10:28 (UTC +04:00)

Dekabrın 2-də saat 23 radələrində Şirvan şəhər sakini H.Quliyev idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada R.Novruzovu vurub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, sonuncu aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırmalar aparılır.

***

02 yanvar, 23:51

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Piyada xəstəxanaya çatdırılan zaman keçinib.

Hadisə yerinə polis cəlb olunub.

Ölən şəxsin kimliyi və hadisə yerindən yayınan avtomobilin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR