Şirvanda yol qəzasında həlak olan şəxsin polis nəfəri olduğu məlum olib.
APA xəbər verir ki, yanvarın 15-də 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlunun idarə etdiyi “Volkswagen Touareg” markalı, 90-GD-390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib. Nəticədə sürücü hadisə yerində ölüb.
Məmmədov Davud Rafiq oğlunun Sabirabad RPŞ-nin polis nəfəri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
15 yanvar, 20.47
Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Nəticədə o hadisə yerinə həyatını itirib. Araşdırma aparılır.
***
20.19
Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, “Volkswagen Touareg” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobil yanıb və sürücü hadisə yerində həlak olub.