Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 1 ədəd qoruyucu açar və 3 p.m giriş-çıxış kabeli yanıb.
APA xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir. Məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
14.37
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında qeydə alınıb.
Məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri dərhal çağırış üzrə əraziyə cəlb olunub. yanğının blokun girişində olan elektrik lövhəsində baş verdiyi bildirilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.