Bank Of Baku

Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb
# 10 yanvar 2024 07:54 (UTC +04:00)

Yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR