Bank Of Baku

Sumqayıtda kanalizasiya çəkilişi zamanı fəhlə torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB

Sumqayıtda kanalizasiya çəkilişi zamanı fəhlə torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB
# 18 yanvar 2024 14:15 (UTC +04:00)

Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Bu barədə APA-ya Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

13:05

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Tağıyev adına qəsəbədə tikinti şirkətində baş verib.

1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR