Sumqayıtda kişi dəm qazından boğulub

Sumqayıtda kişi dəm qazından boğulub
# 25 fevral 2024 00:19 (UTC +04:00)

Sumqayıtda kişi dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə Tağıyev qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Tarıverdiyev Rəhim Rəhman oğlu fərdi yaşayış evində dəm qazından boğulub.

Hadisə bir gün əvvəl baş verib, meyit bu gün aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR