Bank Of Baku

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib
# 18 yanvar 2024 00:35 (UTC +04:00)

Sumqayıtda avtomobil qəzası ölümlə nəticələnib.

APA-nın Sumqayıt bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi "Grand Cherokee" markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Opel"in sürücüsü, habelə sərnişinlər - Naxçıvan şəhər sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Səyyarə Bayram qızı, 1987-ci il təvəllüdlü Pənahova Aynurə Zöhrab qızı, 2003-cü il təvəllüdlü Şirinova Sama Vüqar qızı xəsarət alıblar.

Qəza zamanı 1985-ci il təvəllüdlü Nəzərov Ramin Yaqub oğlu isə hadisə yerindəcə ölüb.

Əraziyə DYP əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR