Bank Of Baku

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib
# 12 yanvar 2024 12:51 (UTC +04:00)

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR