Bank Of Baku

Şüvəlanda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu alıb

Şüvəlanda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu alıb
# 11 mart 2023 10:56 (UTC +04:00)

Bakıda quldurluq olub.

DİN-dən APA-ya verilən məlumata görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR