Talassemiyalı xəstələrin valideynlərinə 1 mln. manata yaxın dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi təxirə salınıb

Talassemiyalı xəstələrin valideynlərinə 1 mln. manata yaxın dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi təxirə salınıb
# 28 fevral 2024 18:02 (UTC +04:00)

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili işə yeni qoşulduğu üçün məhkəmədən cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib.

Baxış iclası martın 6-na təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR