Bank Of Baku

Tapdığı “Kalaşnikov”u təhvil verməyən şəxs saxlanılıb - VİDEO

Tapdığı “Kalaşnikov”u təhvil verməyən şəxs saxlanılıb - VİDEO
# 17 yanvar 2024 10:54 (UTC +04:00)

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-dən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədov polis əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR