Tovuzda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını yol kənarında dayanan "QAZ-51" markalı yük avtomobilinə çırpılıb.
Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki "QAZ-51" markalı avtomobil "Azərişıq" ASC-yə məxsus olub.
Briqada ötən gün küləyin elektrik enerjisinə vurduğu fəsadları aradan qaldırmaq üçün ərazidə işləyirmiş
Faktla bağlı araşdırma aparılır.