Bank Of Baku

Ucarda avtomobil qəzası baş verib - FOTO

Ucarda avtomobil qəzası baş verib  - FOTO
# 29 mart 2024 20:20 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində Bakı istiqamətində hərəkətdə olan " Land Rover" markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.

Nəticədə Bakı şəhər sakinləri - 1962- cı təvəllüdlü Tamella Rəsul qızı Şıxəliyeva və 1985-ci il təvəllüdlü Könül Zabil qızı Əsgərova təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Ŕayon Xəstəxanasına gətiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay xəstəxanasına göndəriliblər. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR