Ucarda mühafizəçi iş yerində ölü tapılıb

Ucarda mühafizəçi iş yerində ölü tapılıb
# 23 fevral 2024 19:54 (UTC +04:00)

Ucar sakini iş yerində ölü tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

Şakir Xasıyevin 2 ilə yaxındır həmin sexdə çalışdığı bildirilir. O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR