Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın söndürülüb.
APA xəbər verir ki, bubarədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
***
Saat 20:47
Xaçmazda açıq ərazilərdə yanğınlar baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında dənizə yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, təxminən 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hava şəraitinin küləkli olmasına baxmayaraq, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.
Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə də məlumat daxil olub.
"Yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən verilən açıqlamada bildirilir.