Bank Of Baku

Xaçmazda qaçırılan avtomobillə qəza törədilib, ölən var

Xaçmazda qaçırılan avtomobillə qəza törədilib, ölən var
# 13 oktyabr 2023 13:32 (UTC +04:00)

Xaçmazda yol qəzası baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Bakı şəhər sakini 21 yaşlı Ramil Balamirzəyevin idarə etdiyi “VAZ-21014” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə R.Balamirzəyev hadisə yerində ölüb. Onun qəzaya düşdüyü avtomobili qaçırdığı bildirilir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib. Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Cəfər Talıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR