Bank Of Baku

Xaçmazda TIR-la "Mercedes" toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB-1

Xaçmazda TIR-la "Mercedes" toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB-1
# 15 fevral 2024 18:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17.33

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

***

16.27

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində qısa müddətdə Xaçmaz-Xudat yolu bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR