Bank Of Baku

Xankəndidə məktəbdə silah-sursat aşkar edilib

Xankəndidə məktəbdə silah-sursat aşkar edilib
# 24 mart 2024 10:20 (UTC +04:00)

Xankəndidə silah-sursat aşkar edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı aşkar edilib.

Bununla yanaşı 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR