Bank Of Baku

Xankəndiyə polis rəisi təyin edilib

Xankəndiyə polis rəisi təyin edilib
# 12 fevral 2024 18:26 (UTC +04:00)

Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin edilib.

APA xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Zaur Nəsirov həmçinin müvafiq əmrlə Xankəndi şəhərinin komendantı təyin edilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR