Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Dörd canavar kənd sakinləri Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 10 baş qoyunu parçalayaraq öldürüb, 7 qoyuna isə ağır xəsarət yetirib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı müalicə olunur.
Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər. Heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər.
Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 sakinə məxsus 15 baş qoyunu parçalamışdı.
Göyçayda canavarlar qoyun sürüsünə hücum edib, 10 qoyunu parçalayıb, 7 qoyunu yaralayıb
13 fevral 2016 07:48 (UTC +04:00)
Hadisə
Xankəndidə silahlı şəxs saxlanılıb, gizlətdiyi silah-sursat da götürülüb - VİDEO
10:12
22 may 2024
FHN: Ötən sutka 27 yanğına çıxış olub, 5 nəfər xilas edilib
10:08
22 may 2024
Sumqayıtda ana və üç uşağının zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-1
09:56
22 may 2024
Naxçıvanda top mərmisi tapılıb - VİDEO
09:24
22 may 2024