Bank Of Baku

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
# 26 dekabr 2023 08:27 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı və 1 ədəd pəncərə qarsalanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR