Abşeronda 8 gün əvvəl maşınla vurulan piyada ölüb.
APA xəbər verir ki, hadisə oktyabrın 1-də Xırdalan ərazisində baş verib. Yolu keçmək istəyən 40 yaşlı Ziyad Əlövsət oğlu İsmayılovu avtomobil vurub.
Z. İsmayılov oktyabrın 9-u səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Xədicə Səxavət