Bank Of Baku

Xırdalanda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Xırdalanda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb
# 11 mart 2023 19:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR