Bank Of Baku

Yasamalda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Yasamalda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
# 31 dekabr 2023 11:17 (UTC +04:00)

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR