Zaqatalada fərdi yaşayış evində yanğın olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın səhər saatlarında rayonun Aşağı Tala kəndində, kənd sakini Rübabə Kərim qızı Ərəbovaya məxsus, kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin bir hissəsi və orada olan ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisə barədə FHN də məlumat yayıb. Məlumata görə, Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.