Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 17:30-da rayonun Aşağı Tala kəndi ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib. Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55-BN-267 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 99-GL-668 dövlət nömrə nişanlı iki minik avtomobili toqquşub. Qəza zamanı üç nəfər Zaqatala şəhər sakini - 1993-cü il təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim Kazım oğlu Cavadov xəsarət alıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.